Bankomatlar nağd pul qəbul edən (cash-in), valyuta mübadiləsini həyata keçirmə funksiyalarına (ödəniş kart istifadə olunmadan), qəbul edilmiş pulu yenidən dövriyyəyə buraxma funksiyalarına (recycle), təmassız ödənişləri qəbul etmə funksiyalarına görə təsnifləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
POS-terminallar təmassız ödənişləri qəbul etmə imkanına, bankın baş ofis, əməliyyat bölmələri və ödəniş agentlərində və ya ticarət, ictimai iaşə və xidmət müəssisələrində quraşdırılmasına əsasən təsnif olunur.