Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamədə dəyişiklik edilib.

Heftelik.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin birinci müavini postu ləğv edilib.

Bundan sonra Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin Azərbaycan Respublikasının Prezidenti Tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan üç müavini olacaq.

Qeyd edək ki, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini Ramiz Mehdiyev olub.

Prezident İlham Əliyevin sərəncamına əsasən isə, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibi təsdiqlənib və Ramiz Mehdiyev Redaksiya heyətinin üzvü olub.