Saxta/surəti çıxarılmış kartla (Counterfeit/Skimming) fırıldaqçılıq əməliyyatları – maqnit lentin surətinin çıxarılması/dəyişdirilməsi və kartın üzərindəki məlumatların dəyişdirilməsi ilə saxtalaşdırılmış və ya qanunsuz olaraq hazırlanmış ödəniş kartlarının istifadəsi nəticəsində baş vermiş fırıldaqçılıq hadisəsi. Surətçıxarma (Skimming) həqiqi kartın maqnit lentində olan məlumatların surətinin çıxarılması ilə maqnit lentin saxtalaşdırılması formasıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.