Göstəricilər işlərin siyahısına, kataloqlara və işlərdəki sənədlərə tərtib olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Təyinatından asılı olaraq göstəricilər fənn, adlı, coğrafi və digər növlərə bölünür.
Həcmcə böyük olmayan çoxlu sayda işlərin siyahıları olduqda, yaxud siyahılar mürəkkəb struktura malik olduqda, sənədlər çoxsahəli məlumat kəsb etdikdə və onların axtarışı göstəricilərlə daha rahat olduqda işlərin siyahılarına göstəricilər tərtib edilir.
Göstəricilər, bir qayda olaraq, iş başlıqlarına görə tərtib edilir.