Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintisinə icazə tələb olunan reklam qurğularının tikintisi işlərində pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onların 10 gün ərzində aradan qaldırılması barədə sifarişçiyə icrası məcburi olan yazılı göstəriş təqdim edir.

Heftelik.az-ın məlumatına görə, bu, Şəhərsalma və Tikinti Məcəlləsində əksini tapıb.

Sifarişçi ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum sifarişçiyə icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yoxlamanın keçirildiyi gündən 3 iş günündən gec olmayaraq yenidən yazılı göstəriş təqdim edir.

Yazılı göstəriş maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.