Tovuza qonaq gələn iki qardaş dəm qazından boğularaq ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlmata görə, rayonun Əsrik Cırdaxan kəndinə yas mərasiminə gələn 1952-ci il təvəllüdlü Rafiq Bayramov və qardaşı 1961-ci il Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıb, gecə dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.