Ödəniş sistemləri üzrə ödəniş kartları Visa, Mastercard, American Express, Diners Club, UnionPay, lokal kartlar və digər sistemlər üzrə təsnifləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Visa və Mastercard ödəniş sistemləri üzrə kartlar premial, adi və digər olmaqla təsnifləşdirilir. “Ondan Visa Business” və “ondan Mastercard Business” sətirlərinə həm premial, həm də adi biznes kartları daxil edilir. Məlumat daşıyıcısına görə ödəniş kartları maqnit lentli, hibrid (maqnit lentli və mikroprosessorlu) və virtual ödəniş kartları kimi təsnifləşdirilir.