Bir müddət əvvəl sosial şəbəkələrdə Xəqanı bağının bir hissəsinin orada yerləşən restoran tərəfindən zəbti barədə məlumat yayılıb.
Bakı Şəhər Ticarət və Xidmət Departamentindən Heftelik.az-a verilən xəbərə görə, məsələ ilə bağlı Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən əraziyə yerləşdirilən və insanların gediş-gəlişinə maneə törədən gül dibçəklərinin yığışdırılması təmin edilib.
Departament tərəfindən aparılmış araşdırılma nəticəsində məlum olub ki, dibçəklər əraziyə zəbt məqsədi ilə deyil, müvəqqəti saxlanc məqsədilə yerləşdirilib. Lakin buna baxmayaraq sahibkara şifahi xəbərdarlıq edilib və belə halların yolverilməzliyi bir daha onların nəzərinə çatdırılıb.
“Gəlin şəhərimizi birlikdə qoruyaq” deyə sakinlərimizə Departamentdən müraciət edilib.