24 oktyabr 2024-cü il tarixində “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə İsmayıllı rayonunda “Green vision” gənclər arasında ekoloji maarifləndirmə adlı tədbir keçirilib.
İctimai Birlikdən verilən məlumata görə, layihənin məqsədi su, torpaq, meşə ehtiyatları, atmosfer havasının düzgün qaydada istifadəsi və ətraf mühitin mühafizəsinə dair qanunvericilik haqqında lazımi məlumatları ölkə əhalisinə çatdıraraq ətraf mühitin davamlılığını təmin etməkdir.
Tədbirdə layihə rəhbəri Həzrət Bədiyev, “Bizim Nəsil” GRİA İB-nin sədri Günel Şirinli, İsmayıllı Dövlət Peşə təhsil mərkəzinin rəhbər heyəti və gənclər iştirak ediblər.