Oktyabrın 25-dən 26-na keçən gecə İsrail Hərbi Hava Qüvvələrinin İrana endirdiyi zərbə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Azərbaycan türkü olan mülki şəxs – Allahverdi Rahimkur Tehranda İsrailin aviazərbəsi nəticəsində yaralanıb və bu gün həyatını itirib.
Bundan əvvəl İsrailin aviazərbəsi nəticəsində 4 hərbçinin – Məhəmməd Mehdi Şahruxi, Həmzə Cahandide, Səccad Mənsuri və Mehdi Nəqəvinin həlak olduğu açıqlanıb.