30 oktyabr tarixindən Bakı-Laçın-Bakı reysi üzrə müntəzəm sərnişindaşıma xidməti müvəqqəti olaraq Yevlax-Xocalı-Laçın yolu ilə təşkil olunacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Heftelik.az-a verilən məlumata görə, dəyişikliyə səbəb Xudafərin-Qubadlı-Laçın yolunun Həkəri çayının kənarı boyu müvəqqəti yol sahəsinin təqribən 15 km-lik hissəsində əlavə təmir işlərinin və yol sahəsi üzrə müəyyən konfiqurasiya dəyişikliyinin aparılması zərurətinin yaranmasıdır.