Hesabat formasında ölkə daxilində əməliyyatların sayı və həcmi ölkədaxili ödəniş xidməti şəbəkəsi vasitəsilə aparılan əməliyyatların müvafiq olaraq sayı və həcminin cəmindən ibarətdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Bankomatlar və POS-terminallar üzrə əməliyyatlar nağd (nağd pulun çıxarılması) və nağdsız (ödənişlərin həyata keçirilməsi) əməliyyatlar üzrə təsnifləşdirilir. İnternet səhifə, mobil tətbiq və digər elektron şəbəkə vasitəsilə aparılan ödəniş əməliyyatları elektron ticarət vasitəsilə malın dəyərinin ödənilməsi, elektron ticarət vasitəsilə iş və ya xidmətlərin dəyərinin ödənilməsi, digər ödəniş kartına vəsaitin köçürülməsi, elektron pula vəsaitin köçürülməsi və ödəniş hesabına və ya alətinə vəsaitin köçürülməsi üzrə təsnifləşdirilir.