Kreditlərin verilməsi məqsədilə açılan cari hesab və ya hesablardan (bir neçə hesab olduğu halda) azı biri üzrə qüvvədə olan kredit tələbi varsa, FİN aktiv hesab olunur və müvafiq xanada “A” işarəsi qeyd edilir, aktiv hesab olunmayan FİN üzrə “P” işarəsi qeyd edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
“Kredit tələb(lər)i üzrə qalıq” hissəsində hesabat dövrünün sonuncu təqvim gününə kredit müqaviləsi üzrə kredit məbləği və kredit üzrə tətbiq edilən faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlər üzrə qalıq məbləği göstərilir. Bir neçə kredit tələbi olduqda, vəsaitlər cəmlənərək qeyd olunur.