Bak şəhərində yağan leysan yağışlarla əlaqədar bəzi ünvanlarda subasmanın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub və dərhal Nazirliyin qüvvələri ərazilərə cəlb olunub.
Heftelik.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumat yayıb.
Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.
***
saat 12.03
Bu gün səhər saatlarından etibarən bəzi KİV-lərdə Bakı şəhərində yağan güclü yağışlar səbəbindən Heydər Əliyev prospektində yerləşən “Bağırov” körpüsünü yenidən su basması məlumatı yayılıb.
Bakı Şəhər İcra Hakimiyyətindən Heftelik.az-a verilən məlumata görə, səhər saatlarından etibarən aidiyyatı qurumların birgə əlaqəli fəaliyyəti nəticəsində Heydər Əliyev prospektində yerləşən “Bağırov” körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb.
Körpüyə aid su nasosları adi rejimdə işləyir, bura əlavə texnika və işçi qüvvəsi cəlb edilib.
Paytaxda riskli ərazilərdə yerləşən digər körpü və keçidlər də nəzarətdə saxlanılır.