“Bankın emissiya etdiyi ödəniş kartlarının dövriyyəsi haqqında statistik hesabat” cədvəlində (ÖS-Bank-5.2) hesabat dövrünün əvvəlinə dövriyyədə olan, hesabat dövrü ərzində dövriyyəyə buraxılmış, hesabat dövrü ərzində dövriyyədən çıxarılmış, hesabat dövrünün sonuna dövriyyədə olan, hesabat dövründə istifadə edilməyən (hesabat dövrü ərzində istifadəçisi tərəfindən heç bir ödəniş və nağd pulun çıxarılması əməliyyatı aparılmayan ödəniş kartı), hesabat dövrü ərzində yalnız nağdlaşdırma əməliyyatı aparılan ödəniş kartlarının və istifadəçilərinin sayı qeyd olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.