İyul ayında orta aylıq temperaturun 21ºC və yüksək olan rayonlarda tikilən binalarda  daimi adam olan otaqların, texnoloji və gigiyenik tələblərə əsasən günəş şüalarının düşməsinə və ya otağın həddindən artıq qızmasına yol verilməyən otaqlarda işıq  çıxış dəliklərinin oriyentasiyası 130 -315º hüdudlarında olduqda  çıxış dəliyi günəşdən qorunma elementləri ilə təchiz olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

İstilik, ventilyasiya və havanın kondisiyalaşdırılması layihələndirildikdə qüvvədə olan AzDTN 2.12-2 normativ sənədinin tələblərinə riayət olunmalıdır.