Korporativ İdarəetmə Komitəsi bankda korporativ idarəetmə, mükafatlandırma və təyinat üzrə funksiyaları yerinə yetirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Komitənin korporativ idarəetməyə dair əsas vəzifələri aşağıdakılardır:
– bankın təşkilati və idarəetmə strukturunun korporativ idarəetmə standartlarına uyğunluğuna nəzarət edir, aşkar olunan uyğunsuzluqlar və onların səbəbləri barədə Müşahidə Şurasını məlumatlandırır, onların aradan qaldırılması və korporativ idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Müşahidə Şurasına təkliflər verir;
– korporativ idarəetmə ilə bağlı qanunvericilikdə baş verən dəyişikliklərin tətbiqi barədə Müşahidə Şurasına təkliflər verir;
– bankın korporativ idarəetməsinə dair ictimaiyyətə açıqlanacaq məlumatların vaxtında açıqlanmasını və dürüstlüyünü təmin edir.