Birlikdə vahid yanğın bölməsini təşkil edən atrium və binanın bütün otaqları avtomatik yanğınsöndürmə sistemi və tüstülənmə yanğın siqnalizasiyası ilə təchiz edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Atriumun hündürlüyü 17 m və daha artıq olduqda (döşəmədən interyer daxilindəki örtüyün yuxarı səviyyəsinədək) sprinklerlərin su vuranları atrium fəzasına çıxan konstruksiyaların (balkonların, qalereyaların) altında quraşdırılmalıdır. Bu zaman atriumun örtüyündə sprinklerlər qurulması tələb olunmur.