Yaşayış yerlərinin yaxınlığında magistral neft kəmərləri obyektləri üçün sanitar-mühafizə zonaları normativ hüquqi aktlarda müəyyən edilmiş tələblərə müvafiq təyin edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

İstismar edilən maşınlar, avadanlıqlar, mexanikləşdirilmiş alətlər və nəqliyyat vasitələri təmirdən sonra zərərli amillərə görə (səs-küy, titrəyiş və s.) qüvvədə olan sanitariya norma və qaydalarına və pasport məlumatlarına uyğun olaraq yoxlanılmalıdır.