“Elektron şəbəkə və ya cihazlar vasitəsilə köçürmələr” bölməsinin “ondan digər” sətrində banka məxsus olmayan elektron bankçılıq platformalarına əlavə olunmuş bankın müştərilərinin cari hesabları və ödəniş kartları vasitəsilə həyata keçirilən ödənişlər və köçürmələr qeyd olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Cədvəlin “Cari hesablara daxilolmaların hüquqi statusuna görə” hissəsində müştərilərin cari hesablarına mədaxil köçürmələrinin sayı və həcmi fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.