Coratda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər Corat qəsəbəsində fərdi evlərdən birində qeydə alınıb.
1955-ci il təvəllüdlü Şövkət Abbasəli qızı Süleymanova, onlara qonaq gələn qızı və nəvəsi dəm qazından zəhərlənib. 69 yaşlı qadın boğularaq ölüb. Onun qızı və nəvəsi isə xəstəxanaya çatdırılıb.
Sumqayıt Tibb Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, oktyabrın 28-də saat 09:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1989-cu il təvəllüdlü şəxs (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.
Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən qadına xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və hazırda vəziyyəti kafi qiymətləndirilir.
2020-ci il təvəllüdlü azyaşlı isə (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.