Hesabat formasında ölkə daxilində aparılan əməliyyatların sayı və həcmi bankomatlar, POS-terminallar, internet səhifə, mobil tətbiq və digər elektron şəbəkə, özünəxidmət terminalları vasitəsilə aparılan ödəniş əməliyyatlarının, həmçinin sadalanan qruplara aid edilməyən digər əməliyyatların sayı və həcmindən ibarətdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

Hesabat formasının “Bankomatlar üzrə aparılan əməliyyatlar” hissəsi bankomatlar vasitəsilə nağd pulun çıxarılması, bankomatlar vasitəsilə ödənişlərin həyata keçirilməsi, o cümlədən ödəniş kartına vəsaitin köçürülməsi, elektron pula vəsaitin köçürülməsi və digər əməliyyatlar olmaqla təsnifləşdirilir.