İnternet bankçılıq istifadəçi tərəfindən statistik vahidin bank xidmətlərindən müvafiq proqram təminatını quraşdırmadan, lakin zəruri autentifikasiya prosesindən keçməklə internet şəbəkəsi üzərindən istifadədir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Mobil bankçılıq istifadəçi tərəfindən statistik vahidin müvafiq proqram təminatını quraşdırmaqla mobil qurğular (mobil telefon, planşet kompüter və s.) vasitəsilə mobil rabitə kanalları (GSM, CDMA, 3G, HSPA+, WiFi, LTE və s.) üzərindən, zəruri autentifikasiya prosesindən keçməklə bank xidmətlərindən istifadədir.