Bu gün futbol üzrə Türkiyə Super Liqasında 10-cu turun son matçı keçirilib.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, həftəyə İstanbul derbisi ilə yekun vurulub.

 

“Qalatasaray” evdə “Beşiktaş”ı qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. “Sarı-qırmızılar” ardıcıl 2 qol vurmağı bacarıb. Qonaqlar matçın sonlarında fərqlənsə də, bu, yalnız təsəlli qolu olub.

“Qalatasaray” 28 xalla turnir cədvəlinə başçılıq edir. “Beşiktaş” isə 20 xalla 4-cü pillədədir.

“Qalatasaray” – “Beşiktaş” 2:1
Qollar: Davinson Sançez, 13, Viktor Osimhen, 67 – Ernest Muçi, 90+3

“Qalatasaray”: Fernando Muslera, Kaan Ayhan, Davinson Sançez, Abdükerim Bardakçı, Barış Alper Yılmaz, Lukas Torreyra, Qabriel Sara, Rolan Sallai, Yunus Akgün, Viktor Osimhen, Mauro İkardi

“Beşiktaş”: Ersin Destanoğlu, Yonass Svensson, Feliks Uduokai, Emirhan Topçu, Artur Masuaku, Çer Ndour, Gedson Fernandeş, Ernest Muçi, Rafa Silva, Semih Kılıçsoy, Ciro İmmobile