Kart təqdim edilmədən (CNP) fırıldaqçılıq əməliyyatları kart istifadəçisinin icazəsi olmadan ona məxsus ödəniş kartının məlumatlarından istifadə edilməklə (fiziki olaraq ödəniş kartı təqdim edilmədən) telefon, e-poçt ünvanı, internet və s. vasitəsilə baş vermiş fırıldaqçılıq hadisəsidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Təsərrüfat subyekti tərəfindən həyata keçirilən (Collusive Merchant & Multiple Imprint) fırıldaqçılıq əməliyyatları fırıldaqçılarla sövdələşmə nəticəsində təsərrüfat subyektləri və ya onların işçiləri tərəfindən aparılan fırıldaqçılıq əməliyyatları (artıq məbləğin silinməsi, əməliyyatın bir neçə dəfə həyata keçirilməsi və s.) sayılır.