Sənədlərin icmallarının hansı növlər üzrə tərtib olunduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Sənədlərin icmalları aşağıdakı növlər üzrə tərtib olunur:

– fond icmalı;

– mövzu üzrə icmal.

Fond icmalı bir arxiv fondunun sənədlərinin tərkibi və məzmunu barədə sistemləşdirilmiş məlumatlardan ibarətdir.

Mövzu üzrə icmal müəyyən mövzuda olan bir və ya bir neçə arxiv fondun sənədlərinin tərkibi və məzmunu barədə sistemləşdirilmiş məlumatlardan ibarətdir.