Ticarət, ictimai iaşə və xidmət müəssisələrində quraşdırılmış POS-terminallar təmassız ödənişləri qəbul edən, mobil POS-terminal (Tap to Phone) xüsusiyyətinə, ticarət müəssisələrində nağd pul vəsaitinin verilməsi mümkün olan (POS-cash) və dövr ərzində aktiv istifadə edilməsinə əsasən təsnifləşdirilir. Ay ərzində azı 4 (dörd) ödəniş əməliyyatı icra olunan POS-terminal dövr ərzində aktiv istifadə edilən hesab olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.