Ukraynanın Donetsk vilayətindəki Selidovo və Qornyak şəhərləri Rusiya Ordusunun nəzarətinə keçib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə bu gün Rusiya və Ukrayna mənbələri məlumat yayıb.

Selodova şəhərində Ukrayna Ordusunun bölmələri mühasirə təhlükəsi ilə üzləşdiyi üçün geri çəkilib. Anoloji vəziyyət  Qornyak şəhərində də yaranıb.

Selodovanın itirilməsi Ukraynanın Pokrovsk rayonunun inzibati m’rk’zi olan Pokrovsk şəhəri üçün təhlükəni artırır. Pokrovsk Ukrayna Ordusunun Donbasdakı bölmələrinin dəmiryolu və quru yolla təchizatında mühüm rol oynayır.Eyni zamanda Pokrovskdakı koks kömür yatağı Ukrayna iqtisadiyyatında öməmli yerə malikdir. Keçən il Ukrayna koks kömür icracatından 2 milyard dollar gəlir əldə edib.

Qornyak şəhərə nəzarətin itirilməsi isə Ukrayna Ordusunun Kuraxov qruplaşması üçün ciddi təhlükə yaradır.

Müharibədən əvvəl Selidovo şəhərinin 24 min, Qornyak şəhər 10 mindən çox əhalisi olub.