Cədvəlin “Cari hesablara bankdaxili və bankdankənar daxilolmaların növünə görə” hissəsində müştərilərin cari hesablarına bankdaxili və bankdankənar (ölkədaxili və ölkəxarici) mədaxil köçürmələrinin sayı və həcmi fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

“Banka məxsus ödəniş xidməti şəbəkəsində ödəniş xidməti təchizatçılarının emissiya etdiyi ödəniş kartları vasitəsilə vəsaitin məxarici üzrə aparılan əməliyyatlar haqqında statistik hesabat” formasında (Forma ÖS-Bank-7 – Əlavə №7) hesabat dövrü üzrə banka məxsus ödəniş xidməti şəbəkəsində rezident (həmçinin bankın emissiya etdiyi ödəniş kartları daxil olmaqla) və qeyri-rezident ödəniş xidməti təchizatçılarının emissiya etdiyi ödəniş kartları ilə aparılan əməliyyatların sayı və həcmi ödəniş növləri (nağd pulun çıxarılması və ödənişlərin həyata keçirilməsi) və ödəniş sistemləri üzrə təsnifləşdirilir.