Özünəxidmət terminalları ödəniş kartları və xarici valyutanı qəbul etmə funksiyalarına görə təsnifləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
“Banka məxsus ödəniş xidməti şəbəkəsində rezident və qeyri-rezident ödəniş xidməti təchizatçılarının emissiya etdiyi ödəniş kartları vasitəsilə ödəniş əməliyyatlarının təyinatı haqqında statistik hesabat” formasında (Forma ÖS-Bank-4 – Əlavə №4) hesabat dövrü üzrə rezident (həmçinin bankın emissiya etdiyi ödəniş kartları daxil olmaqla) və qeyri-rezident ödəniş xidməti təchizatçılarının emissiya etdiyi ödəniş kartları vasitəsilə banka məxsus bankomatlar, POS-terminallar, internet səhifə, mobil tətbiq və digər elektron şəbəkə, özünəxidmət terminallarında aparılan ödəniş əməliyyatları təsərrüfat subyektinin kateqoriya koduna uyğun olaraq qeyd olunur.