Bankın emissiya etdiyi ödəniş kartları vasitəsilə vəsaitin məxarici üzrə aparılan əməliyyatlar haqqında statistik hesabat” formasında (Forma ÖS-Bank-1 – Əlavə №1) bankın emissiya etdiyi debet və kredit kartlarından istifadə etməklə ödəniş xidməti şəbəkəsi vasitəsilə ölkədaxili və ölkə xaricində aparılan əməliyyatların hesabat dövrü üzrə sayı və həcmi haqqında məlumatlar əks olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.