Bankın müştəri HESABLARI

29 Oktyabr 2024, 08:16

“Bankın müştəri hesabları, müştəri hesablarından köçürmələr və daxilolmalar haqqında statistik hesabat” formasında (Forma ÖS-Bank-6 – Əlavə №6) bankın müştərilərinin hesab növü, hüquqi statusuna görə hesablarının sayı, məsafədən açılan hesabların sayı, elektron şəbəkə və ya cihazlar üzrə istifadəçilərin hüquqi statusuna görə sayı, cari hesablarından köçürmələrin növünə görə sayı və həcmi əks etdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.