Mərkəzləşdirilmiş və kombinəedilmiş toz yığışdırıcı olmadığı halda tozsoranların filtr təmizləyici kamera qurğuları layihə tapşırığı ilə müəyyənləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Bina elə layihələndirilməli və tikilməlidir ki, onun istismarı vaxtı otaqların mikroiqlimi üçün müəyyən edilmiş tələblər və digər şərtlər yerinə yetirilərkən “Binalar üçün minimum enerji effektivliyi normaları”nın, eləcə də AzDTN 2.12-4 normativ sənədinin tələbləri nəzərə alınmaqla bərpa olunan və olunmayan enerji resurslarının effektiv sərfi təmin olunsun.