Binalar arasındakı keçidlərin qoruyucu konstruksiyaları əsas binanın odadavamlıq həddinə müvafiq olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Piyada və kommunikasiya tunelləri yanmayan materiallardan layihələndirilməlidir. Binaların divarları, onlara keçidlərin və tunellərin birləşdiyi yerlərdə K0, odadavamlılıq həddi REI 45 olmaqla nəzərdə tutulmalıdır. Bu divarlarda, keçidlərə və tunellərə açılan qapılar, yanğın əleyhinə 2-ci tip olmalıdır.