Binaların mühəndis sistemləri dövlət nəzarət orqanlarının müvafiq normativ sənədlərinin tərkibində və avadanlığı hazırlayan zavodun təlimatlarında göstərilən təhlükəsizlik tələbləri nəzərə alınmaqla layihələndirilməli və quraşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Bununla yanaşı:
– qızdırıcı cihaz hissələrinin və istilik ötürən boru kəmərlərinin insanlar üçün müyəssər səthlərinin temperaturu 700 C-dən artıq olmamalıdır. İnsanların toxunuşunun qarşısını alan tədbirlər görüldükdə 900 C-dən artıq olmamalıdır. Digər boru kəmərləri səthlərinin temperaturu isə 400 C-dən artıq olmamalıdır;
– isti havanın temperaturu hava qızdırıcı cihazlarının buraxılış dəliklərindən 10 sm məsafədə 700 C-dən artıq olmamalıdır;
-isti su təchizatı sistemində isti suyun temperaturu 600 C-dən artıq olmamalıdır.