Hesabat formasının “POS-terminallar üzrə aparılan əməliyyatlar” hissəsi POS-terminallar vasitəsilə ödəniş xidməti təchizatçılarında nağd pulun çıxarılması, POS-terminallar vasitəsilə təsərrüfat subyektlərində (ödəniş xidməti təchizatçılarından kənar) nağd pulun çıxarılması və POS-terminallar vasitəsilə ödənişlərin həyata keçirilməsi, o cümlədən POS-terminallar üzrə təmassız ödənişlər, POS-terminallar üzrə müştəri eyniləşdirilməklə aparılan təmassız ödənişlər, POS-terminallar üzrə müştəri eyniləşdirilmədən aparılan təmassız ödənişlər olmaqla təsnifləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.