Drençer pərdəsi tətbiq olunduğu halda, yanğın əleyhinə divar əvəzinə yanğın əleyhinə müdafiə sistemi ilə, həmçinin atriumlu yanğın bölməsindən göstərilən drençer pərdəsi ilə ayrılan yanğın bölməsi də təchiz olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Yanğın zamanı tüstünün atriumlardan çıxarılması üçün, AzDTN 2.12-2 normativ sənədinin tələblərinə müvafiq olaraq, sorucu ventilyasiya nəzərdə tutulmalıdır. Sorucu sistemlər təbii və ya mexaniki olmalıdır.