FİN-ə bağlı ödəniş kartları debet və kredit kartları üzrə təsnifləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
FİN-ə bağlı debet kartları sosial kartlar, əmək haqqı kartları və digər debet kartlar üzrə təsnifləşdirilir. FİN-ə bağlı müvafiq təsnifat üzrə debet kartı mövcud olduğu təqdirdə “+” işarəsi, olmadığı təqdirdə “-“ işarəsi qeyd olunur. Müvafiq təsnifat üzrə FİN-ə bağlı bir və ya bir neçə debet kartı üzrə hesabat dövrü ərzində ümumilikdə azı 3 (üç) məxaric əməliyyatı (nağd və ya nağdsız formada) aparılmışdırsa, FİN aktiv hesab olunur və müvafiq xanada “A” işarəsi qeyd edilir, aktiv hesab olunmayan FİN üzrə “P” işarəsi qeyd edilir.