Korporativ İdarəetmə Komitəsinin mükafatlandırmaya dair əsas vəzifələri açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Korporativ İdarəetmə Komitəsi mükafatlandırmaya dair əsas vəzifələri aşağıdakılardır:
– bankın mükafatlandırma siyasətini hazırlayır və təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim edir;
– mükafatlandırma prosesinə nəzarəti həyata keçirir, o cümlədən azı ildə bir dəfə Riskləri İdarəetmə Komitəsi ilə birgə mükafatlandırma sisteminin səmərəliliyini qiymətləndirir;
– mükafatlandırmanın həcmi üzrə təklifləri bankın müvafiq idarəetmə orqanına təqdim edir;
– xüsusi kateqoriyaya aid olan işçilər üzrə əsas fəaliyyət indikatorlarının icrasını qiymətləndirir;
– daxili və kənar hadisələrin bankın mükafatlandırma siyasəti və prosesi üzərində təsirini nəzərdən keçirir.