Müşahidə Şurasının hər bir üzvü bankın qanuni maraqlarını qorumalı, bankı, Müşahidə Şurasının digər üzvlərini və bank inzibatçılarını ictimaiyyət qarşısında tənqid etməməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Eyni zamanda Müşahidə Şurasının hər bir üzvü öz biznes fəaliyyətinin banka mənfi təsir etməsinə yol verməməlidir və vəzifə borcunun yerinə yetirilməsi ilə bağlı bank, onunla banka aidiyyəti olan şəxslər, müştərilər və bankla biznes əlaqəsi olan başqa şəxslər haqqında ona məlum olan hər hansı bir konfidensial məlumatı, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, heç bir şəxsə açıqlamamalıdır.