Həkimlərin maaşının artırılması ilə bağlı ümidlər var.
Heftelik.az xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.
N.Zeynalov qeyd edib ki, ümumilikdə tibb işçilərinin maaşlarının artırılması ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır:
“İcbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşməsini yeni maliyyə səviyyəsinə gətirib çıxarır. Xərclənən vəsaitlər hesabına əməkhaqlarının artırılması real olur. Biz onu artıq görürük”.
O bildirib ki, nazirlik əməkhaqqının artırılması istiqamətində addımlar atır:
“Həmçinin artırılmış maaşları yenidən artırmağa çalışırıq. Həkimlərin gördüyü iş öz layiqli dəyərini tapmalıdır”.