Özünəxidmət terminalları ödənişlərin həyata keçirilməsi, ödəniş kartına vəsaitin köçürülməsi, elektron pula vəsaitin köçürülməsi və digər ödəniş hesabına və ya alətinə vəsaitin köçürülməsi üzrə təsnifləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

“Banka məxsus ödəniş xidməti şəbəkəsində ödəniş xidməti təchizatçılarının emissiya etdiyi elektron pul vasitəsilə vəsaitin məxarici üzrə aparılan əməliyyatlar haqqında statistik hesabat” cədvəlində (Forma ÖS-Bank-11.2) hesabat dövrü üzrə banka məxsus ödəniş xidməti şəbəkəsində rezident və qeyri-rezident ödəniş xidməti təchizatçılarının emissiya etdiyi elektron pul (həmçinin bankın emissiya etdiyi elektron pullar daxil olmaqla) ilə aparılan əməliyyatların sayı və həcmi ödəniş növləri (nağd pulun çıxarılması və ödənişlərin həyata keçirilməsi) və ödəniş sistemləri üzrə təsnifləşdirilir.