Tikinti zamanı mədəni irs obyektlərinin əlamətləri aşkar edildikdə tikinti işləri dərhal dayandırılır və bu barədə müvafiq icra hakimiyyəti orqanına (reklam qurğularının tikintisi zamanı isə müvafiq icra hakimiyyəti orqanına və müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma) məlumat verilir.

Heftelik.az-ın məlumatına görə, bu, Şəhərsalma və Tikinti Məcəlləsində əksini tapıb.

Tikinti işlərinin davam etdirilməsi və zəruri tədbirlərin görülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.

Şuşa şəhərinin ərazisində tikinti işləri aparılarkən aşkar edilən mədəni irs obyektlərinin qorunması “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.[87]

Qeyd edilən tələblərə əməl etməyən şəxslər qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.