Binanın yeraltı hissəsindəki otaqlarının və dəhlizlərinin atriumla əlaqəsi yanğın zamanı ancaq hava basqısı ilə tambur-şlüzlərdən ola bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Atriuma çıxan bütün otaqların ən azı iki təxliyə pilləkənlərinə çıxışı olmalıdır. Ən uzaqda yerləşən otaqların qapılarından pilləkən qəfəsələrinin girişinədək olan məsafələr cədvəl 6.1-də göstərilənlərə müvafiq qəbul olunmalıdır.