İctimai Televiziyanın efirində avrokubok həyəcanı davam edir.

Heftelik.az-ın məlumatına görə, növbəti həftə daha 3 oyun futbol həvəskarlarına təqdim olunacaq.

Ölkəmizi UEFA Avropa Liqasında təmsil edən “Qarabağ”ın Liqa mərhələsinin 4-cü turundakı qarşılaşması da bu sırada olacaq. Noyabrın 7-si saat 21:45-də Ağdam təmsilçisinin Norveçdə “Budo Qlimt” klubu ilə görüşü telekanalımızın canlı efirində yayımlanacaq. Qeyd edək ki, “Qarabağ”ın Yunanıstanın “Olimpiakos” klubuna qarşı mərhələnin son matçının da yayım hüququ İctimai Televiziyaya məxsusdur.