Korporativ İdarəetmə Komitəsinin təyinatlara dair əsas vəzifələr məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Korporativ İdarəetmə Komitəsinin təyinatlara dair əsas vəzifələri aşağıdakılardır:
– Müşahidə Şurası, İdarə Heyəti və Müşahidə Şurasının komitələrinin üzvlüyünə yeni və potensial namizədlərlə bağlı tövsiyə və rəy verir;
– Müşahidə Şurası, onun Komitələri və İdarə Heyəti üçün kadr ehtiyatının formalaşdırılması prosesinə nəzarət edir;
– Müşahidə Şurasının və Müşahidə Şurasının komitələrinin müstəqil üzvlərinin təyinatı, vəzifələri və muzdun ödənilməsinə dair meyarları müəyyənləşdirir;
– nəzərdə tutulmuş hallarda müstəqil kənar ekspertin seçilməsi meyarlarını müəyyənləşdirir.