Hesabat formasının “Bankın emissiya etdiyi ödəniş kartları vasitəsilə vəsaitin məxarici üzrə aparılan əməliyyatlar” hissəsində bankın emissiya etdiyi debet və kredit kartlarından istifadə edilməklə ödəniş xidməti şəbəkəsi vasitəsilə ölkə daxilində və ölkə xaricində aparılan əməliyyatların hesabat dövrü üzrə sayı və həcmi haqqında məlumatlar “Bankın emissiya etdiyi debet kartları vasitəsilə vəsaitin məxarici üzrə aparılan əməliyyatlar” və “Bankın emissiya etdiyi kredit kartları vasitəsilə vəsaitin məxarici üzrə aparılan əməliyyatlar” hissələrinin müvafiq məlumatları əsasında tərtib edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.