Hesabat formasında ödəniş terminalları (bankomat, POS-terminal və özünəxidmət terminalları) üzrə ödəniş əməliyyatları Bakı şəhəri və regionlar üzrə əks etdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

“Bankın emissiya etdiyi ödəniş kartlarının strukturu və dövriyyəsi haqqında statistik hesabat” forması (Forma ÖS-Bank-5 – Əlavə №5) “Bankın emissiya etdiyi ödəniş kartlarının strukturu haqqında statistik hesabat” (ÖS-Bank-5.1) və “Bankın emissiya etdiyi ödəniş kartlarının dövriyyəsi haqqında statistik hesabat” (ÖS-Bank-5.2) cədvəllərindən ibarətdir.