“Bankın müştəri hesabları, müştəri hesablarından köçürmələr və daxilolmalar haqqında statistik hesabat” forması “Bankın müştəri hesabları haqqında statistik hesabat” (ÖS-Bank-6.1) və “Bankın müştəri hesablarından köçürmələr və daxilolmalar haqqında statistik hesabat” (ÖS-Bank-6.2) cədvəllərindən ibarətdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
“Bankın müştəri hesabları haqqında statistik hesabat” cədvəlində (ÖS-Bank-6.1) bankın müştərilərinin əmanət, cari hesablar, o cümlədən kreditlərin verilməsi məqsədilə açılan cari hesablar üzrə hesabat dövrü üzrə və dövrün sonuna hesab sayı və hesab sahiblərinin sayı üzrə təsnifləşdirilir. Dövrün sonuna “aktiv hesablar” göstəricilərində son 36 (otuz altı) ay ərzində hesabın qalığı sıfır olan, həmçinin hesabdan mədaxil və ya məxaric əməliyyatları həyata keçirilməyən hesablar nəzərə alınmamalıdır.