Təmizləmə qurğuları və boru daxili nəzarət cihazları qəbul kamerasından bucurğad vasitəsilə, kəskin hərəkətə yol vermədən səlis şəkildə çıxarılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Təmizləmə və diaqnostika vasitələrinin buraxma kamerasının qapağının bağlanmasından sonra, kamerada təzyiq olduqda onun açılmasının qarşısını alan qoruyucu qurğu quraşdırılmalıdır.